“Wipha” adlı tropik fırıtna Cənubi Çindəki Xaynan adasını vurdu. Fırtına özü ilə ğüclü külək və leysan yağışları gətirdi.
TASS xəbər verir ki, yerli hakimiyyət orqanları 16 min xilasedici və 6 minə yaxın texnika səfərbər edib.
Fırtınanın mərkəzində küləyin sürəti saniyədə 23 metrdən güclüdür ki, bu da Bofort cədvəli ilə 9 bal gücündə qiymətləndirilir.
Cənubi Çinin böyük hissəsi 3 gün ərzində leysan yağışlara tuş gələcək. Əhali təbii fəlakət haqqında qabaqcadan məlumatlandırılıb.