Ukraynanın paytaxtı Kiyev şəhərində qeyri-leqal fəaliyyət göstərən miqrantlara qarşı reyd keçirilib.
28 iyul tarixində baş tutan əməliyyatda miqrasiya qanunlarını pozan altmışdan artıq miqrant aşkarlanıb.
Saxlanılanlar "Troyenşina" bazarı ərazisində çalışan şəxslər olub.
Məlumata görə, Azərbaycan vətəndaşlarının vətənə geri qaytarılması barədə qərar qəbul olunub. Saxlanılan şəxslərinin bəzilərinin şəxsiyyəti müəyyənləşdirilmədiyi üçün onlar miqrantların müvəqqəti saxlanma mərkəzinə yerləşdiriliblər.
Tutulanlar barəsində protokollar tərtib olunub.
/Baku.ws/