"Facebook" kompaniyası cari ilin ikinci rübü və birinci yarısı ilə bağlı maliyyə hesabatını təqdim edib. Hər iki dövrdə sosial şəbəkəni xalis mənfəəti iki dəfə azalıb.
Median.Az facemark.az-a istinadən bildirir ki, apreldən iyun da daxil olmaqla bu göstərici 2,6 milyard dollar təşkil edib, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 49% azdır.
Yanvar-iyun aylarında isə şirkətin mənfəəti 5 milyard dollara qədər düşüb. Ötən il isə bu göstərici 10 milyard dollar təşkil etmişdi. Bu dövrdə şirkətin gəliri 27% artaraq 32 milyard dollara çatıb.
"Facebook"un mənfəətində azalma isə cərimə ilə bağlıdır. Belə ki, daha əvvəl onu ABŞ-ın Federal Ticarət Kommissiyası cərimə etmişdi. 87 milyon istifadəçinin məlumatlarının itkisinə görə, şirkət tənzimləyiciyə 5 milyard dollar ödəməyə məcbur olub. Hesabatda qeyd olunur ki, ikinci rüb üçün bu cərimənin 2 milyard dolları ayrılıb, qalan məbləğ 3 milyard isə qarşıdakı üç ayda ödəniləcək.
"Campaign" yazır ki, şirkət istifadəçi konfidensiallığının yaxşılaşdırılmasına pul ayırmasına baxmayaraq, ilin sonunda "Facebook"un reklamdan gəlirləri 22,5% artacaq. Cari ilin ikinci rübündə bu göstərici 16,6 milyard dollar təşkil edir, bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 28% daha çoxdur. Ancaq bu sahədə dinamika zəifləyib. Belə ki, 2018-ci ildə reklamdan gəlirlərin rüblük artımı 42% təşkil edib.
Sosial şəbəkənin auditoriyası da artıb: aprel-iyun ayları ərzində aktiv istifadəçilərin sayı 2,4 milyard nəfərə çatıb, gündə isə 1,6 milyard. Hər iki halda illik artım 8% təşkil edib.
Sənəddə, "Facebook" rəsmiləri deyiblər ki, tənzimləyici bir sıra aparıcı texnologiya platformaları haqqında araşdırmaya başlayıb. Amma sənəddə, sosial şəbəkənin olub-olmaması isə məlum yoxdur. Daha əvvəl isə Konqresdən deyirdilər ki, "Facebook" ilə yanaşı, "Google", "Apple", "Amazon" tənzimləyicinin şübhəsi altındadır.