BMT: İnsan alveri qurbanlarının 72 faizini qadınlar və qızlar təşkil edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

BMT: İnsan alveri qurbanlarının 72 faizini qadınlar və qızlar təşkil edir

"İnsan alveri bütün dünyanı hər bir yerinə mənfi təsir edən dəhşətli cinayətdir. BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNODC) məlumatına görə, qeydə alınmış qurbanların təxminən 72 faizini qadın və qızlar təşkil edir, zərərçəkmiş uşaqların sayı isə 2004-cü ildən 2016-cı ilə qədər iki dəfədən çox artıb".

Median.Az
xəbər verir ki, bu fikirlər 30 iyul - Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə günü ilə bağlı BMT-nin baş katibi Antonio Quterreşin müraciətində yer alıb.

Müraciətdə qeyd olunub ki, qurbanların əksəriyyəti cinsi istismar məqsədilə insan alverinə cəlb olunur. Digər səbəblər sırasında məcburi əmək, uşaqların hərbi fəaliyyətə cəlb olunması və digər istismar və sui-istifadə hallarını qeyd etmək olar.

İnsan alverçiləri və terrorçu qruplar yoxsul şəraitdə yaşayanlardan tutmuş, müharibə vəziyyətində olan və ya ayrı-seçkiliklə üzləşən insanlara kimi çətin vəziyyətdə olanları hədəfləyirlər. BMT-nin Xoşməramlı səfiri kimi xidmət edən ilk insan alveri qurbanı Nadya Murad, insan alverini dayandırmaq və münaqişə şəraitində seksual zorakılığın qarşısının almaq üçün beynəlxalq tədbirlərin təşviqinə görə 2018-ci ildə haqlı olaraq Nobel Sülh Mükafatına layiq görülənlərdən biri olub.

Silahlı münaqişələr, əhalinin köçürülməsi, iqlim dəyişikliyi, təbii fəlakətlər və yoxsulluq, insan ticarətinin inkişafına yol açan zəifliyi və ümidsizliyi daha da artırır. Miqrantlar daim hədəfdədir. Dəhşətli və amansız sövdələşmələri həyata keçirən insan alverçiləri və miqrant qaçaqmalçılarının üzündən minlərlə insan dəniz, səhra və həbsxanalarda öz həyatlarını itirib.

Lakin ətrafımızda baş verən zorakılıq və istismara olan laqeydlik də ağır itkilərə gətirib çıxarır. Həqiqətən də, tikintidən tutmuş ərzaq və istehlak mallarının istehsalına qədər saysız-hesabsız biznes və müəssisələr bu məzlum vəziyyətdən faydalanır.

Çoxtərəfli fəaliyyət sayəsində inkişaf əldə olunub. Palermo Konvensiyası və onun insan, xüsusilə də qadın və uşaq alverinin qarşısının alınması, azaldılması və cəzalandırılması haqqında protokolunun vasitəsilə atılan addımlar buna nümunədir. Əksər ölkələrdə lazımi qanunlar mövcuddur və bu yaxınlarda bəzi ölkələr insan alverinə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edib. Lakin transmilli insan alveri şəbəkələrinin məsuliyyətə cəlb etmək və, ilk növbədə, qurbanların müəyyənləşdirilməsini və onların ehtiyac duyduğu müdafiə və xidmətlərə çıxışını təmin etmək üçün daha çox işlər görülməlidir.

Dayanıqlı İnkişaf Məqsədləri sui-istifadə və istismarın qarşısını almaq, qadın və qızlara qarşı hər cür zorakılığı aradan qaldırmaq, məcburi əmək, eləcə də uşaq əməyinə son qoymaq üçün aydın hədəfləri əhatə edir. Gəlin, bu Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günündə cinayətkarların gəlir məqsədilə insanları amansızcasına istismar etməsini dayandırmaq və qurbanların öz həyatlarını bərpa etməsinə yardım etmək öhdəliyinə sadiqliyimizi bir daha bəyan edək.//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 279 30.07.19 22:38