Ukrayna Rusiya tankerini həbs etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Ukrayna Rusiya tankerini həbs etdi - FOTO

Ukrayna məhkəməsi Rusiyaya məxsus “Nika Spirit” tankerinin həbs olunması ilə bağlı qərar çıxarıb.

TASS xəbər verir ki, bununla bağlı Ukraynanın Baş Hərbi Prokuroru Anatoli Matios “Facebook” hesabı vasitəsilə açıqlama verib.

Prokuror həbslə bağlı bəzi sənədləri də paylaşıb.

Sözügedən gəmi iyulun 25-də İzmail limanında saxlanılmışdı.

Ukraynalılar iddia edir ki, “Nika Spirit” ötən ilin noyabr ayında Qara dənizdə Kerç boğazındakı hərbi insidentdə onların gəmilərinə maneçilik törətmişdi. Məlumata görə, o vaxt gəminin adı “Neyma” imiş.

Gəmi bütün ekipajı və içindəki sənədlərlə birlikdə müsadirə olunub.

Bildirilib ki, Rusiya tərəfi qarşıdakı beş gün ərzində Odessa məhkəməsinə apellyasiya şikayəti edə bilər.

Qeyd edək ki, ötən ilin noyabrında baş verən insidentdə ruslar Ukraynaya aid üç gəmini müsadirə etmiş, dənizçilər həbs olunmuşdu.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 085 30.07.19 21:08