Belçikanın Mayzen qəsəbəsinin ən qocaman qadın sakini uzunömürlülüyün sirrini pivədə görür.
“RTL Today” xəbər verir ki, 97 yaşlı Robertina çərşənbə günləri istisna olmaqla hər gün yerli bara gedir.
O, bir qayda olaraq hər gün 10-20 stəkan pivə içir. Onun rekordu 22 stəkandır.
Robertina 18 il əvvəl mütəmadi bara getməyə başlayıb. Qadın əmindir ki, gündəlik pivə qəbulu dərmanları əvəz edir. Belə ki, son 4 ildə cəmi dörd dəfə xəstələnib.