Rusiya və İran Hind okeanında birgə hərbi-dəniz təlimləri keçirəcəklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Rusiya və İran Hind okeanında birgə hərbi-dəniz təlimləri keçirəcəklər

Rusiya və İran Hind okeanının şimalında ilin axırına kimi birgə hərbi-dəniz təlimləri keçirəcək.

“IRNA” agentliyi xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadi deyib.

Onun sözlərinə görə, təlimlərin koordinasiyası və planlaşdırılması məqsədi ilə yaxın zamanlarda tərəflər arasında görüş keçiriləcək.

H.Xanzadi həmçinin bildirib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Rusiya Müdafiə Nazirliyi arasında ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

“Sənəd qarşılıqlı anlaşma haqqında ilk memorandumdur. Bu həm də Tehranla Moskvanın müdafiə sahəsində münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirilə bilər".

H.Xanzadi Rusiyaya üç günlük səfərə gəlib. O, Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibəti ilə keçirilən tədbirlərdə iştirak edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 017 30.07.19 12:33