Yaponiyada keçən anomal istilər səbəbindən 400-dən çox insan günvurma ilə xəstəxanaya yerləşdirilib.
Median.Az xəbər verir ki, bu barədə yerli "Kioda" agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, 121 nəfər paytaxtdakı tibb müəssisələrinə göndərilib. Aiti prefekturalarında zərər çəkmiş 94 nəfər, eyni zamanda Kanaqavada 49 nəfər həkimə müraciət edib.
Yaponiyanın Baş Meteoroloji Agentliyinin məlumatına görə, ölkənin bəzi bölgələrində havanın temperaturu +35 ° C səviyyəsindən yuxarı qalxıb.