Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Ukrayna ilə təyyarə uçuşlarını bərpa etmək üçün bu ölkənin hava nəqliyyatı qurumları ilə əhatəli danışıqlara hazırdır.
Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradko belə bir addımın mümkün olub-olmamasına dair suala cavab verərkən bildirib.
Qeyd edək ki, 2015-ci ilin 25 oktyabr tarixində Ukrayna hava məkanını Rusiya aviaşirkətlərinin üzünə bağlamış, həmin gün Rusiya tərəfi də eyni addım atmışdı.