Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Tramp irqçi qalmaqala səbəb oldu: Bizə ağıl verməyin!

15.07.2019 22:17 2 800
Tramp irqçi qalmaqala səbəb oldu: Bizə ağıl verməyin!
ABŞ-ın Demokrat Partiyasının üzvləri növbəti dəfə Prezident Donald Trampı irqçilik və ksenofobiyada ittiham ediblər.

“Islam Today” xəbər verir ki, buna Trampın “Twitter”də yaydığı bəyanat səbəb olub:

“ABŞ Konqresindəki digər ölkələrdən olan demokrat qadınlar dünyanın ən böyük və ən güclü ölkəsi ABŞ vətəndaşlarına hakimiyyətin necə idarə edilməli olduğunu deyirlər. Onların özlərinin gəldiyi ölkələrin hökumətləri dünyanın ən pis, ən rüşvətxor və ən bacarıqsız hökumətləridir”.

O, həmçinin demokrat qadın siyasətçilərə “geri qayıdaraq, gəldikləri yeri tam məhv olmaqdan və cinayətkarlıqdan xilas etməyi” təklif edib.

“Məhz bundan sonra onlar gələrək bizə bunların necə edildiyini deyə bilərlər”, - ABŞ Prezidenti əlavə edib.

Tramp bu sözlərini kimə ünvanladığını deməsə də, miqrantların hüquqlarını qoruyan Konqres üzvləri, o cümlədən, müsəlman Raşidə Tlaib və İlhan Ömər bu bəyanata reaksiya veriblər.

Son xəbərlər