Bakıda "İnşaatçılar” metrosunun çıxışında vurulan xəbərdarlıq hamının marağına səbəb olub.
Median.Az bizimyol.info-ya istinadən xəbər verir ki, metronun "İnşaatçılar” stansiyasının çıxışına vurulan xəbərdarlıqda Səbinə adlı qadına müraciət edilir. Kiminsə ailəsini dağıtmaq üzrə olan Səbinə adlı xanıma xəbərdarlıq edilərək, məqsədindən əl çəkməyəcəyi təqdirdə onların ikisinin də (qızın və oğlanın) şəklini Xoşqədəm Hidayətqızının aparıcılığını etdiyi "Səni axtarıram” verilişinə verəcəyini bildirib.