Mojo.az Banner
22:46 Kəbənin örtüyü Epşteynə göndərilibmiş  |     22:30 Tovuzda DƏHŞƏT: gənc qızın meyiti tapıldı  |     22:22 Yeniyetmələri baltalamaqda şübhəli bilinən əminin qonşuları danışdılar - VİDEO  |     22:09 Məşhur peçenyelərlə bağlı şok iddia: “Krem” əslində nədir?  |     21:59 Azərbaycanda bu deputatlara yeni VƏZİFƏ VERİLDİ  |     21:52 İsti döşəmə əslində zərərli imiş  |     21:44 Leyla Əliyeva yeni şeirini təqdim edib  |     21:37 Bu ölkə də İranla bağlı hərəkətə keçdi  |     21:30 Bibisi oğlunu 27 bıçaq zərbəsi ilə öldürdü  |     21:15 Bakıya bu tarixdə qar yağacaq  |     21:05 Alyona Əliyeva paylaşım etdi - FOTO  |     20:50 Türkiyədə sosial media fenomeni Kerimcan Durmaza həbs cəzası verildi  |     20:36 Bakıda cinayət: Yeniyetmə qız atasını bıçaqladı  |     20:26 "Qarabağ" fransalı futbolçunun transferini elan etdi  |     20:01 "Barselona"nın hücumçusu zədələndi: Kubok oyununda olmayacaq  |     19:40 Mərhum Xalq artistinin oğlunu döyməkdə şübhəli bilinənlər saxlanıldılar  |     19:30 Azərbaycanda polkovnikin meyiti tapıldı  |     19:27 Tiktoker “Velizar” HƏBS EDİLDİ  |     19:13 Bakıya qar yağacaq, temperatur 5-10 dərəcə enəcək: Xəbərdarlıq  |     19:02 Elçin Quliyev Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi  |    
Left Banner
Right Banner

Qafqazlı kişilərin qadınlara qarşı DƏHŞƏTLİ ƏMƏLLƏRİ

16.06.2018 16:38 3 156
Qafqazlı kişilərin qadınlara qarşı DƏHŞƏTLİ ƏMƏLLƏRİ
Bəzi Qafqaz xalqlarında doğmalarını və qohumlarını qətl etmək adəti hələ də böyük şərəf sayılır. Bacısını, arvadını, qızını və anasını şərəf naminə öldürən qafqazlı kişilər bir anda xalqın qəhrəmanına çevrilir.

Median.Az
publika.az-a istinadən müxtəlif zamanlarda Şimali Qafqaz kişilərinin törətdikləri ən amansız cinayət hadisələrinin siyahısını təqdim edir:

2013-cü il noyabrın 24-də Qroznu sakini Zarema Daurbəyova işdən sonra evə qayıdırdı. O, ərindən ayrılıb, 10 yaşlı oğlunu tək tərbiyə edirdi. Bundan xəbər tutan Zaremanın atası həmin gecə qızını dayanacaqda qarşılayır və səhralığa aparıb, boğaraq öldürür.

Məhkəmə zalında çıxış edən Zaremanın qohum və qonşuları, mərhumun son zamanlar baş örtüyü taxmadığını və spirtli içki içdiyini və yad kişilərin maşınına mindiyini vurğulayırdılar. Zaremanın qatil atasına isə haqq qazandırırdılar. Buna baxmaraq, məhkəmənin qərarı ilə cinayətkar azadlıqdan məhrum edilir, lakin yalnız 7 il müddətinə.

2015-ci ildə bənzər hadisə Dağıstanda baş vermişdi. Bacısının intim görüntüləri yayılan videonu görən qardaş bərk qəzəblənib, ona 9 dəfə bıçaq zərbəsi endirmişdi. Cəmi 6 il həbs cəzası ilə canını qurtaran qardaşa bütün ailəsi haqq qazandırmışdı.

"Mənim ona qarşı iradım yoxdur. O, mənim etmək istədiyimi yerinə yetirib", - deyə atası oğlunu müdafiə etmişdi.

Bu illərdə İnquşetiyada bir kişi öz qızlarını və bacısını öldürüb. Məhkəmə zalında çıxış edən cinayətkar qətlə yetirdiyi doğmalarının özlərini yüngül apardıqlarını, küçədə başıaçıq və sərbəst gəzdiklərini iddia etmişdi. 3 nəfərin qatili olan bu kişi cəmi 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Namus üstündə baş verən qətllər Şimali Qafqazın dini adətlərinə söykənir. Tarixçilər deyir ki, əvvələr ərlərinə xəyanət edən qadınlar fiziki işgəncələrə məruz qalırdılar. Onlar 100 dəfə qamçılanaraq cəzalandırılırdılar. Xəyanətdə günahkar bilinən qadınlar həmçinin burunlarının ucu və saçları kəsilərək ata evinə göndərilirdi. XIX əsrədək qətllə nəticələnən qadın xəyanəti daha az idi.

Bir çox qadın qətllərinin səbəbi isə onlara miras qalmış böyük sərvət olur. Vicdansız qatillər məhkəmə zalında öz ifadələrini dəyişərək, ölüm səbəbini namusla əlaqələndirirlər.

Acınacaqlısı odur ki, öldürülən qadınların cəsədi dərələrə, bataqlıqlara atılır, ən yaxşı halda torpağa basdırılır. Polis axtarışa başlayanda isə qadının qaçdığı bildirilir və cinayət işi qapanır.

Beləcə, Şimali Qafqaz qadınları hələ də din pərdəsi altında gizlədilən zorakılığa qurban gedirlər.скачать dle 11.3