Seda Sayan və Uğur Arslanın təqdimatında yayımlanan izdivac proqramı ilə məşhurlaşan gəlin namizəd Solmaz ailə quracağı deyilən Kaandan polisə şikayət edib.
Median.az Haberler-ə istinadən xəbər verir ki, Türkiyədə Radio və Televiziya Şurası tərəfindən yayımı qadağan edilən izdivac proqramları ilə məşhurlaşan Solmaz ona məxsus əşyaların Kaan tərəfindən satıldığını iddia edib.
Bəy namizəd barəsində şikayət edən Solmaz sosial şəbəkədə etdiyi canlı yayımda evlənəcəyi deyilən Kaanın ünvanına ağır sözlər işlədib.
Kaanın onu döydüyünü və aldadıldığını deyə Solmaz sözlərinə belə davam edib: "Məni döydün, məni aldatdın. Fotoları hər kəs gördü. Psixologiyamı pozdun. Məni kölə kimi evdə saxladın. Sənin də bacın, anan var. Məni aldatdın, məndən istifadə etdin".
Xatırladaq ki, bir neçə ay öncə Solmazın saytlarda qız tanışı ilə 18+ hərəkətlərini əks etdirən videosu yayılmışdı.