ABŞ-da yerüstü körpü çöküb.
Median.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, hazırda tikintisi davam edən yerüstü piyada körpüsü Florida ştatının Mayamı şəhərində uçub. Körpünün altında çox sayda avtomobilin park edildiyi bildirilir.
Hadisə nəticəsində ölü və yaralıların olacağı istisna edilmir. Hazırda ərazidə xilasetmə əməliyyatları aparılır.
Qeyd edək ki, körpünün ümumi ağırlığı 950 tondan artıq olub. Tikilinin 2019-cu ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılırdı.