İŞİD terror qurplaşması Dağıstanda pravoslav kilsəsinə hücuma görə məsuliyyətini öz üzərinə götürüb.
Oxu.az-ın xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalı yazıb.
Analitiklər yaraqlıların “Amak” agentliyinin məlumatına istinad edirlər.
Xatırladaq ki, fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.