Suriyada İŞİD-ə və prezident Bəşər Əsədin qoşunlarına qarşı vuruşan Azad Suriya Ordusunun (ASO) tərkibində vuruşan "Ceyş Şühba” qruplaşmasının yaraqlıları İdlib vilayətinin cənub-şərqindəki Hüveyn Kəbir kəndini ələ keçiriblər. Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, əsir alınmış İŞİD terrorçuları arasında 3 azyaşlı da var. Onlar 11, 13 və 14 yaşdadır.
İŞİD-in "Xilafətin aslan balaları” adlandırdığı bu uşaqlar əldə silah döyüşürlər. 11 yaşlı Muhammədin dediyinə görə, 9 yaşından bəri İŞİD sıralarında döyüşür. O, Rəqqada səngərlərdə olduğunu da söyləyib. Əl-qolu bağlı vəziyyətdə yerə uzadılmış "Ceyş Nühba” yaraqlılarına çox sakit, təmkinli şəkildə sual ünvanlayıb: "Məni gülləyəcəksiniz?!”
Bu zaman kadr arxasında kimsə deyir: "Güllələyin onu!” ASO-nun 25 min üzvü hazırda Suriyanın şimalında kürdlərin YPG, PKK və PYD terror qruplaşmalarına qarşı vuruşur. ASO-nun mayoru Yasir Əbdül Rəhimin sözlərinə görə, onların Afrin vilayətində məqsədləri kürd terrorçuların ələ keçirdikləri yaşayış məntəqələrini azad etməkdir.