Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi | 12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər |
Mojo.az Avto
Mojo.az Avto

İnternetdə təhlükəli flaşmob – Yuyucu tozu yeyirlər (VIDEO)

13.01.2018 17:30 4 341
İnternetdə təhlükəli flaşmob – Yuyucu tozu yeyirlər (VIDEO)
İnternetdə yeniyetmələrin həyatına və sağlamlığına təhlükə yarada biləcək flaşmob müəyyən edilib.

Lent.az xəbər verir ki, bu flaşmob “Tide Pod Challenge” adlanır.

Flaşmob iştirakçıları yuyucu tozun gel tabletlərini yeyirlər. Sonradan isə onlar estafeti digər istifadəçiyə ötürürlər. Hətta bəzi insanlar bu yuyucu tozdan hər hansı yeməklər hazırlamağa çalışır və onları boşqablara düzürlər.

Tibb işçiləri artıq bu flaşmobla bağlı öz fikirlərini bildiriblər. Onların fikrincə, yuyucu tozdan istifadə ölümə səbəb ola bilər. Onun içində etanol, polimer və hidrogen piroksidi kimi toksik maddələr mövcuddur.

Ancaq həkimlərin bəyanatlarına baxmayaraq, “Tide Pod Challenge” ilə bağlı çarxların sayı “YouTube”da günbəgün artmaqdadır.


Son xəbərlər