Türkiyə hakimiyyəti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunlar qəbul etməyi planlaşdırır.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk" telekanalının efirində deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə uşaqlar üçün faydalı heç nə yoxdur.
"Bu yaxınlarda Türkiyədə baş verən bəzi hadisələr bunu təsdiqləyir. Allah qoysa, biz bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik", - nazir bildirib.
комментариев