Hindistanın Tamil Nadu ştatının cənubunda yerləşən Dindiqul şəhərindəki özəl klinikada baş verən yanğın nəticəsində ən azı altı nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Hindu” nəşri məlumat yayıb.
Məlumata görə, yanğın dekabrın 12-də gecə saatlarında dördmərtəbəli xəstəxana binasında baş verib.
Bildirilib ki, altı nəfər liftdə tüstüdən zəhərlənərək ölüb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, digər xəstələr təxliyə edilib.
Yanğının səbəbləri araşdırılır.