“Ukraynadakı münaqişə zamanı ən azı 1 milyon insan ölüb və ya yaralanıb”.
Bu barədə Brüsseldə keçirilən konfransda çıxışı zamanı NATO-nun baş katibi Mark Rutte bildirib.
“Hər gün bu münaqişə daha çox dağıntı və ölüm gətirir. Ukraynada hər həftə hər tərəfdən 10 mindən çox insan ölür və ya yaralanır. 2022-ci ilin fevralından bəri 1 milyondan çox qurban var ”, - deyə o qeyd edib.
O, həmçinin bildirib ki, alyansın fəaliyyət göstərmədiyi bir çox hallar olub.