Almaniya hökuməti sakinlərə ərzaq ehtiyatı saxlamağa çağırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:31 Fransanın müxalifət partiyası hökumətə etimadsızlıq göstərəcək  |     21:26 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:20 Nazirlik gözlənilən güclü küləklə bağlı əhaliyə çağırış edib  |     21:12 Gürcüstanda nümayişlər zamanı üzü maska və ya digər vasitələrlə örtmək qadağan edilib  |     21:07 “Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb  |     21:00 Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib  |     20:55 “Bakı Sığorta”nın lisenziyası ləğv edilib  |     20:46 DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılıb  |     20:41 Xarici analitik: Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistana əhəmiyyətli fayda verəcək  |     20:33 Peskov: Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb  |     20:28 Azərbaycandan turist axını 17 % artıb  |     20:20 Bakıda yeni park salınacaq, söküntü işlərinin həcmi açıqlanıb  |     20:14 Bursada məhkəmə binasına silahlı hücum olub, iki nəfər ölüb - VİDEO  |     20:06 İzmirin Aliağa meydanında Heydər Əliyevin xatirəsi yad edilib  |     20:01 Hindistanda xəstəxanada yanğın baş verib, ölənlər var  |     19:53 Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə olub  |     19:46 DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək  |     19:40 Noyabrda 615 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     19:33 Ötən ay Avropadan Azərbaycana 55 nəfər readmissiya olunub  |     19:28 Azərbaycanın qadın idman gimnastikası üzrə hakimi 1-ci kateqoriyaya layiq görülüb  |    

Almaniya hökuməti sakinlərə ərzaq ehtiyatı saxlamağa çağırıb

Almaniyanın İctimai Mühafizə və Fəlakətlərin İdarə Edilməsi üzrə Federal İdarəsi sakinləri işıqların kəsilməsinə hazır olmağa və ərzaq ehtiyatı saxlamağa çağırıb.

Bu barədə “t-online” xəbər portalına idarənin vitse-prezidenti Rene Funk bildirib.

“Vətəndaşlara müraciət edirəm: fövqəladə hallara hazır olun, bu da uzun müddət elektrik kəsilməsi ola bilər. Xaricdən kritik infrastruktura hibrid hücumların sayı artır. Biz özümüzü təkcə hərbi cəhətdən deyil, həm də mülki müdafiə və fəlakətlərdən mühafizə sahələrində qorumağı bacarmalıyıq. Hər bir alman ailəsi üç gün özünü qidalandırmaq üçün lazım olan hər şeyə sahib olmalıdır”, - deyə o qeyd edib.

O izah edib ki, vacib olanlar elektrik enerjisindən asılı olmayan işıq mənbələri, məsələn, akkumulyatorla işləyən lampalar, şam və ya kibrit, adambaşına gündə 1,5 litr su, 72 saatlıq qidadır.

Buraya yemək tələb etməyən konservlər, qoz-fındıq, peçenye və ya simit çubuqları və ya batareya ilə işləyən radio daxil ola bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 13.12.24 19:05