Zibillə dolu şarlar yenidən Şimali Koreya ərazisindən Cənubi Koreyaya doğru atılıb.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Seul meriyasının məlumatında qeyd olunub.
Səlahiyyətli qurumlar tapılan əşyalarla bağlı vətəndaşlardan polisə məlumat vermələrini xahiş ediblər.
Sonuncu belə hadisə noyabrın 18-də qeydə alınıb. Mayın sonundan bəri 30-dan çox oxşar aksiya həyata keçirilib. Cənubi Koreya ordusu isə sərhəd bölgəsində səsgücləndiricilər vasitəsilə təbliğat yayımlarına başlayıb.