Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:51 Azərbaycanlı reper 6 kq narkotiklə saxlanıldı - FOTO  |     23:06 Everestdən 100 dəfə hündür: Alimlər Yer mantiyasında nəhəng "adalar" tapdı  |     22:49 Yolda avtoxuliqanlıq edən yük maşını sürücüsü həbs edildi (VİDEO)  |     22:31 "Turan Tovuz"dan ayrılan futbolçunun növbəti klubu məlum oldu  |     22:18 Britaniya Belarusun MSK sədrinə qarşı sanksiyalar tətbiq etdi  |     22:07 Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ  |     21:41 Mütəxəssis yağlarla bağlı suallara aydınlıq gətirib - VİDEO  |     21:29 Tağı Əhmədovun qəbirüstü abidəsinə külli miqdarda PUL XƏRCLƏNİB - FOTO  |     21:27 Goranboyda BƏDBƏXT HADİSƏ: Yaşlı kişini QATAR VURDU  |     21:24 İrana gizli məlumatlar sızdıran İsrail əsgərləri həbs olundular  |     21:19 "Azneft" dairəsində avtomobil YANDI: SIXLIQ YARANDI - VİDEO  |     21:12 Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi: Qızını ölümlə hədələyib  |     20:50 Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanıldı  |     20:35 Finlandiya əcnəbilərin daimi yaşayış icazəsi almaq tələblərini sərtləşdirir  |     20:28 Macarıstanlı deputat: Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi  |     20:16 Taksilərin sayı azaldı: Bəs xidmətdə nə dəyişdi?  |     20:08 "Qalatasaray" ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib  |     20:00 28 yanvar tarixi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ  |     19:54 İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal  |     19:46 Arvadını öldürən 70 yaşlı kişinin qardaşı oğlu da həbs edilib - Baltanı gizlədib  |    

Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı

Ermənistan baş naziri Nikol Paşinyan məmurları işdən çıxarılmaları barədə qərarını "WhatsApp" vasitəsilə bildirib.

Bu barədə "Hraparak" qəzeti yazır.

"Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri Rustam Badasyan gecə gəzintidə olarkən bu mesajı alıb, lakin zəng edib bunun zarafat və ya telefon "virusu" olduğunu öyrənməyə cəsarət etməyib. Bununla belə, vəziyyəti müzakirə etmək üçün yaxınlarına zəng edib", - qəzet öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, Badasyan yaxın çevrəsində gecəyarısına qədər şokedici mesajı müzakirə edib və nə edəcəyini anlamağa çalışıb: cavab versin, yoxsa səhərə qədər gözləsin.

Görüşdə işdən çıxarılan digər şəxs - İstintaq Komitəsinin rəhbəri Arqişti Karamyan və onların dostu - İrəvan meri Tiqran Avinyan da iştirak ediblər.

Qəzet eyni zamanda Paşinyanın komandasında mümkün rotasiyalardan yazıb.

Xüsusilə, Karamyanın Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifəsinə təyin ediləcəyi, keçmiş ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın da "yerləşdiriləcəyi" gözlənilir.

Səs-küylü işdən çıxarmalarla bağlı bəzi təfərrüatı "Joxovurd" qəzeti də açıqlayıb.

Qəzetin məlumatına görə, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hadisədən bir gün əvvəl Nikol Paşinyanla eyni tədbirdə olub, lakin Paşinyan ona şəxsən heç nə deməyib. Daha sonra Sanosyana Ermənistan hökumət aparatının rəhbəri Arayik Arutyunyan zəng edərək Paşinyanın öz xahişi ilə ərizə yazmasını tələb etdiyini bildirib.

Qeyd olunub ki, bu müddət ərzində Qnel Sanosyanla münasibətlər qura bilmiş 10 vilayət rəhbəri də qeyri-müəyyən vəziyyətdə qalıb. Bir çox vilayət rəhbəri növbəti nazirin kim olacağını və onlardan hansının istefa ərizəsi yazmalı olacağını gözləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            285 19.11.24 17:48