Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənTəhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandıən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi | 12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər | 12:11 Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA | 12:05 "GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb? | 12:03 Paytaxtda bəzi yollar bağlanacaq - Səbəb | 11:57 Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam | 11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" | 11:43 Nərman Qocatürkün meyiti tapıldı | 23:04 Sabah bəzi ərazilərdə qaz olmayacaq |
Mojo.az Avto
Mojo.az Avto

Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı

30.10.2024 20:43 2 616
Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı
Finlandiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, oktyabrın 30-da Finlandiyanın Rusiyadakı səfiri Marya Liyvala Helsinkinin Rusiyaya məxsus 45 daşınmaz əmlakı müsadirə edən Finlandiya Məhkəmə İcraçıları Xidmətinin hərəkətlərinə sərt etiraz bildirmək üçün Rusiya XİN-ə çağırılıb.

Rusiya tərəfi Finlandiyadan 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozan bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxılmasını tələb edib.

Səfirə bildirilib ki, əks halda, Finlandiya hakimiyyətinin bu cür hərəkətlərinin nəticələrinə görə məsuliyyət Helsinkinin üzərinə düşəcək. Lazım gəldikdə, Rusiya tərəfinin cavab tədbirləri görəcəyi qeyd olunub.

Son xəbərlər