Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib

Gürcüstanın hakim "Gürcü Arzusu” partiyası 11-ci çağırış parlamentdə 89 yer tutacaq.

Median.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat dərc edilib.

Bildirilib ki, parlamentdə ən çox yer tutan ikinci partiya müxalif "Dəyişiklik üçün Koalisiya”dır. Bütün səslərin 11,034%-ni qazanan koalisiya parlamentdə 19 yer tutacaq.

Ümumilikdə 5% -lik seçki baryerini 5 partiya/koalisiya keçərək parlamentə düşə bilib. Sabiq Prezident Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat” partiyasının da olduğu "Birlik-Milli Hərəkat” koalisiyası isə parlamentdə 16 mandat əldə edərək üçüncü yerə düşüb. Bununla da "Vahid Milli Hərəkat” partiyası ana müxalifət partiyası statusunu itirib. "Güclü Gürcüstan” 14 mandat, "Qaxariya Gürcüstan üçün” partiyası isə 12 mandat əldə edib.
Məlumatda qeyd olunub ki, 148 mandat partiyalar arasında bölüşdürülüb, bölüşdürülməmiş 2 mandat isə ən yaxşı göstəricilərə malik "Gürcü Arzusu” və Qvaramiya və Melianın "Dəyişiklik üçün Koalisiya”sı arasında bölüşdürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            165 29.10.24 21:23