Fransanın 34 departamentə "Kirk" qasırğası ilə əlaqədar "narıncı" təhlükə səviyyəsi elan edilib.
Bu barədə BFM TV kanalı məlumat yayıb.
Qeyd olunur ki, Fransanın cənubunda günün birinci yarısında küləyin sürəti 58 m/s-yə çatıb. Siklonla müşayiət olunan leysan yağışları güclü daşqınlara səbəb olub.
Siklonun təsiri paytaxt Parisdə də hiss olunur.
Paris meriyası sakinlərə daşqın ehtimalı, mümkün elektrik kəsilməsi və nəqliyyat problemləri barədə xəbərdarlıq edib.