Hakerdən məsləhət: Hansı şifrələri istifadə etmək olmaz? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Hakerdən məsləhət: Hansı şifrələri istifadə etmək olmaz?

Mürəkkəb şifrələri "sındırmaq" üzrə mütəxəssis olan haker Co Kokkroft hansı parollardan istifadə etməmək lazım olduğunu açıqlayıb.

Bu barədə championat.com məlumat yayıb.

Ekspertin fikrincə, identifikasiya edilə bilən məlumatdan istifadə etmək olmaz.

"Sevimli futbol komandanız, ailə üzvlərinizin adları və ya yaşadığınız şəhər kimi identifikasiya məlumatlarından istifadə, şifrəni təxmin etməyi asanlaşdırır. Bu məlumatı yadda saxlamaq asan olsa da, sosial media profillərinizi qısa şəkildə öyrəndikdən sonra hakerlər tərəfindən şifrələr asanlıqla müəyyən edilə bilər. Lakin parolların müntəzəm olaraq dəyişdirilməsi xeyirdən çox zərər verə bilər", - Kokkroft bildirib.

O, həmçinin müxtəlif sistemlərə daxil olmaq üçün eyni parollardan istifadə etməyi tövsiyə etmir: "Hakerlər onlardan birini sındıracaq, sonra isə digərlərinə giriş əldə edəcəklər. Bəzi parollar hakerlər tərəfindən bir neçə saniyə ərzində sındırıla bilər. Üstəlik, onlardan ən təhlükəlisi "123456" paroludur. Mürəkkəb parollar, məlumatlarınızı təhlükəsiz saxlamağın ən asan yoludur. Rəqəmlərin, simvolların və hərflərin birləşməsindən ibarət olmalıdır", - haker əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            189 07.10.24 12:42