Konqo Demokratik Respublikasının (KDR) şərqində Kivu gölündə bir gəmi aşıb, 78 nəfər həlak olub.
Bu barədə “Reuters” agentliyi Şimali Kivu əyalətinin qubernatoruna istinadən bildirib.
Onun sözlərinə görə, gəmidə 278 nəfər olub, 78 nəfər həlak olub, digərlərinin axtarışı davam edir.
Öz növbəsində Okapi radiostansiyası xəbər verir ki, gəmidə ən azı 300 nəfər olub və yalnız bir neçə nəfər sağ qalıb.
Bildirilir ki, gəmi Qoma şəhərinin limanına yaxınlaşarkən aşıb. Gəmidə ərzaq məhsulları daşıyan tacirlər olub. Genişmiqyaslı xilasetmə işləri aparılır.