Hər il milyonlarla insan bu xəstəlikdən ölür » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 “Lufthansa” yəhudi sərnişinlərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələnib  |     22:15 "Liverpul" 17 yaşlı futbolçu ilə müqavilə imzalayıb  |     22:10 Cəlilabadın Göytəpə şəhərində səkkiz küçəyə şəhid adı verilib  |     22:04 Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb  |     21:59 Ağdamın üç kəndində tikinti işləri tamamlanmaq üzrədir  |     21:50 Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub  |     21:44 Rusiya Olimpiya Komitəsinin prezidenti istefa verib  |     21:37 Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı azalıb  |     21:29 "Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub  |     21:23 Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib, şübhəlilər saxlanılıb  |     21:16 Nəsimi rayonunda narkotik əməliyyatı: Üç nəfər saxlanıldı - VİDEO  |     21:09 KİV: İranın qanunsuz neft satışından gəliri 200 milyard dollara çatıb  |     21:05 Alimlər: Elektron siqaretlər damarların qocalmasını sürətləndirir  |     20:52 Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     20:47 Rusiyada nikah yolu ilə yaşamaq icazəsi almaq çətinləşdirilib  |     20:30 Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb  |     20:18 Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb  |     19:41 Azərbaycanda zəlzələ oldu  |     19:23 Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb  |     19:08 KİV: İsrail İranın hücumuna tezliklə cavab verəcək  |    

Hər il milyonlarla insan bu xəstəlikdən ölür

Ümumdünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyib. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər.

Median.Az
axar.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Ürək Federasiyası 100-dən çox ölkədə tədbirlər keçirir.

Həmin günün proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Hər il keçirilən Ürək Günü ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr edilir.

Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və hər il 20,5 milyon nəfər həyatını itirir. Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının xəstəlikləri, ürəyin işemik xəstəliyi, beyinin damarlarının xəstəliyi, arteriyaların periferik xəstəliyi, revmokardit, anadangəlmə ürək qüsuru, vena damarların trombozu və sair xəstəliklər aid edilir. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterinin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır.

Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran qeyri-sağlam həyat tərzi ən çox uşaqlıq və yeniyetməlik dövründə inkişaf edir və yaşlandıqca həmin xəstəliklərə tutulmaq riski getdikcə artır. Ona görə də xəstəliyin profilaktikasına uşaq yaşlarından başlamaq lazımdır.

Ümumdünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölüm hallarının qarşısını 80 faiz almaq olar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 30.09.24 18:39