Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı? - VİDEO  |     22:57 Un marketlərdə topdansatış qiymətindən 3 dəfə baha satılır - Son qiymətlər  |     22:51 Ancelina Coli Bred Pitin filminin uğursuzluğuna sevinir  |     22:46 Erkən nikahlara qarşı Hindistan modeli: Dövlət təhsildən yayınan qızlar üçün nə edə bilər?  |     22:39 Nigeriya prezidenti Liviyanı futbolçulara qarşı qeyri-insani rəftarda ittiham etdi  |     22:32 Otellərin "ulduz fırıldaqçılığı": Məqsəd nədir?  |     22:28 Velosiped və skuterlər bu hallarda cərimələnir  |     22:22 “Lufthansa” yəhudi sərnişinlərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələnib  |     22:15 "Liverpul" 17 yaşlı futbolçu ilə müqavilə imzalayıb  |     22:10 Cəlilabadın Göytəpə şəhərində səkkiz küçəyə şəhid adı verilib  |     22:04 Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb  |     21:59 Ağdamın üç kəndində tikinti işləri tamamlanmaq üzrədir  |     21:50 Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub  |     21:44 Rusiya Olimpiya Komitəsinin prezidenti istefa verib  |     21:37 Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı azalıb  |     21:29 "Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub  |     21:23 Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib, şübhəlilər saxlanılıb  |     21:16 Nəsimi rayonunda narkotik əməliyyatı: Üç nəfər saxlanıldı - VİDEO  |     21:09 KİV: İranın qanunsuz neft satışından gəliri 200 milyard dollara çatıb  |     21:05 Alimlər: Elektron siqaretlər damarların qocalmasını sürətləndirir  |    

Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb

İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, lövhələr bizim eradan əvvəl V əsrdə Əhəmənilər imperiyasının hökmdarı I Daraya məxsus olub.

Lövhələrin qaytarılması İranın Xarici İşlər və Mədəni İrs nazirlikləri ilə ABŞ-nin Çikaqo Universiteti və ABŞ Prezidentinin hüquq şöbəsi arasında intensiv danışıqlardan sonra baş verib.

Bu lövhələr çox vaxt mixi yazı ilə elam və ya aramey dillərində yazılıb. Müxtəlif forma və ölçülərdədir. Mövzuları əsasən resursların idarə edilməsi, yollar, sosial münasibətlər, əsas həyat ehtiyacları, əməkhaqqı və Əhəməni cəmiyyətinin iqtisadiyyatı ilə bağlıdır.

Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərində səfərdə olub. O, səfərdən dönərkən həmin tarixi abidələri ölkəsinə gətirib.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            141 27.09.24 19:56