Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:08 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi | 17:58 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarıldı (VİDEO) | 17:57 Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq | 17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi | 16:18 Peşə təhsilində 33 yeni ixtisas yaradılıb | 16:09 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib | 16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO | 15:01 "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi | 14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz |
Mojo.az Avto
Mojo.az Avto

Bir neçə ölkə “Taliban”a qarşı iddia qaldıra bilər

25.09.2024 19:41 2 304
Bir neçə ölkə “Taliban”a qarşı iddia qaldıra bilər
Almaniya, Avstraliya, Kanada və Niderland Əfqanıstanda qadınlara qarşı ayrı-seçkiliyə görə Taliban hökumətinə qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıra bilər.

Bu barədə Almaniyanın "Zeit" qəzeti məlumat yayıb.

Bildirilib ki, Almaniya və bir sıra müttəfiq dövlət “Taliban”dan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edib.

“Almaniyanın xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Avstraliya, Kanada və Niderlanddan olan həmkarları ilə bu mövzuda məsləhətləşmələr aparmaq niyyətindədir. Müəyyən müddət ərzində heç bir addım atılmayacağı halda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət oluna bilər”, - nəşr qeyd edib.

Son xəbərlər