Yeməkdən dərhal sonra duş qəbul edənlərə mütəxəssislərdən XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:57 Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu - FOTO  |     21:44 "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq  |     21:19 Yol polisindən sürücülərə müraciət  |     21:03 Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb  |     20:24 Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? - QİYMƏTLƏR (FOTO)  |     19:52 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     19:47 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü  |     19:32 Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  |     19:31 Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb  |     19:19 "Milan" futbolçusu üçün 50 milyon avro tələb edir  |     18:56 Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsi ələ keçirib  |     17:09 Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq - 2026-dan  |     16:41 Bakıda bank kartından 6000 manat oğurlayan şəxs saxlanıldı  |     16:37 SOCAR-a yeni səlahiyyət verildi - SƏRƏNCAM  |     16:20 Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı  |     15:46 Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq  |     15:37 Suriyada yoxa çıxan hüquq müdafiəçisinin işgəncə ilə öldürüldüyü məlum olub  |     15:30 "İnteraz" TV rəhbərinin məhkəməsi: "İki milyon manatdan söhbət gedir, hamısı çantadan ola bilməzdi"  |     15:29 Tanışının şirkətinə qarşı 40 minlik dələduzluq edən şəxsə HÖKM OXUNDU  |     15:26 Ağadadaş Ağayev mülki iddia qaldırdı: 450 min manat istəyir  |    

Yeməkdən dərhal sonra duş qəbul edənlərə mütəxəssislərdən XƏBƏRDARLIQ

Nə vaxt və necə duş qəbul etdiyimiz sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Yanlış zamanda və yanlış şəkildə duş qəbul etmək xeyirdən çox zərər verə bilər.

Median.Az
-ın "Haber Global"a istinadən xəbərinə görə, bu nəticəyə mütəxəssislərin apardığı araşdırmalar əsasında gəlinib.

Mütəxəssislərin sözlərinə görə, yeməkdən dərhal sonra duş qəbul etmək orqanizmə bəzi zərərlər verə bilər. Ona görə də bu məqama diqqət yetirmək lazımdır.

Yeməkdən dərhal sonra duş qəbul etməyin sağlamlıq riskləri isə aşağıdakılardır:

Həzmi ləngidir - Yeməkdən dərhal sonra duş qəbul edildiyi zaman suyun təsiri ilə qanın mədə ətrafından bütün bədənə yayılması baş verir. Bu da nəticədə həzm prosesini ləngidir və bəzi problemlərin yaranmasına səbəb olur.

Qəbizliyə səbəb olur - Bədəndə qəbizlik və həzmsizlik kimi problemlərə gətirib çıxara bilər. Bu problemlərlə yanaşı, bədən çəkisinin artmasına da səbəb ola bilər.

Bədənin istiliyini aşağı salır - Bədəninizin istiliyi düşməyə başlayır, bu da həzm prosesini ləngidir. Həmçinin, həzm prosesinin yavaşlaması səbəbindən uzun müddət aktiv qalan mədə turşusu mədə yanması kimi narahatlıqlara yol açır.

Çəki artımına səbəb olur - Yeməkdən dərhal sonra duş qəbul etmək həzmi ləngitdiyi üçün kökəlməyə və çəki artımına səbəb olur. Həmçinin, sızanaqların əmələ gəlməsi və xəstəlik riskini artırır. Eyni zamanda, sinədə ağrılı yanma hissi də yaradır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 24.09.24 12:06