ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir, çünki Rusiya və Çinin regionda daha aktiv fəaliyyət göstərdiyini düşünür.
Median.Az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, ABŞ silahlı qüvvələri Alyaska yaxınlığında tədricən mövcudluğunu artırır, Rusiya və Çinin hərbi fəaliyyətinin artması səbəbindən Alyaska sahillərində gərginlik artdığı bir vaxtda oraya esmines və uzaqmənzilli raket sistemi ilə təchiz edilmiş ordu bölməsi göndərilib.
"Rusiya və Çin regionda daha tez-tez manevrlər keçirməyə başlayıb", - deyə respublikaçı senator (Alyaska ştatından) Den Sallivan bildirib. Senator ABŞ hakimiyyətini Alyaskada hərbi infrastrukturu inkişaf etdirməyə çağırır.
Şimali Amerikanın Hava-Kosmik Müdafiəsi üzrə Birləşmiş Komandanlığı sentyabrın 13-də Alyaska yaxınlığında iki Rusiya hərbi təyyarəsinin uçuşunu izlədiyini bildirib. Onlar nə ABŞ, nə də Kanadanın hava məkanına daxil olub, beynəlxalq hava məkanında qalıblar.