Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində yeni əməliyyat keçirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə ardıcıl qaydada davam etdiriləcək.