Böyük Britaniya artıq Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli “Storm Shadow” raketlərindən zərbə endirmək üçün Ukraynaya yaşıl işıq yandırmaq qərarına gəlib, lakin bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyəcək.
Bu barədə “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Londonda bu mövzuda “lazımsız təxribatçı” şərhlər verməyi düzgün hesab etmirlər. Belə ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer sentyabrın 13-də Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşündən sonra Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki obyektlərə qarşı “Storm Shadow”dan istifadəyə icazə verilməsi barədə açıq danışmaq niyyətində deyil.
Tərəflər Ukraynadakı münaqişəni və ona son qoymaq yollarını müzakirə etməyi planlaşdırırlar. Eyni zamanda, müzakirələr Kiyevə hansısa konkret silahların verilməsi ətrafında deyil, əsasən London və Vaşinqtonun strateji hədəfləri ətrafında aparılacaq.
Qəzet əlavə edib ki, Starmerin səfəri qısamüddətli olacaq. Onun Vaşinqtonda mətbuat konfransı planlaşdırılmayıb.
Qeyd edək ki, “Teleqraf” qəzeti ABŞ Prezidenti Cozef Bayden bu həftə Ukraynanın Rusiya daxilinə zərbələr endirmək üçün Britaniyanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə biləcəyini yazıb.
//report