"Ermənistan hökuməti Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edir".
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentdə baş nazir Nikol Paşinyan bəyan edib.
"Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik, onların hamısı üzrə razılaşdırılmış məzmun var", - deyə o qeyd edib.
Paşinyanın fikrincə, Ermənistan və Azərbaycan iki ölkə arasında mövcud olan bütün problemləri həll edəcək saziş imzalaya bilməz, ona görə də artıq razılaşdırılanları imzalamaq lazımdır.