Mojo.az Banner
23:02 Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək  |     22:57 Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra işdən çıxarıldı  |     22:50 İrandan Azərbaycana təxliyə: Daha 42 xarici vətəndaş sərhədi keçdi  |     22:45 "Neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun" - İran  |     22:36 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:30 Bu rayonlarda qanunsuz kömür quyuları aşkarlandı  |     22:22 Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı  |     22:17 Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi  |     22:09 Dardanel boğazı müvəqqəti bağlandı  |     22:05 Könül Həmzəyeva saxlanıldı  |     21:55 İnzibati cərimələr bu halda 20 gün ərzində geri qaytarılacaq  |     21:47 Tiktoker “Şiva” həbs edildi  |     21:36 Polis həmin “həkim”i saxladı  |     21:32 İctimai Televiziya Azərbaycanın "Avroviziya"dakı təmsilçisi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib  |     21:29 Daha bir ölkə İrandakı səfirliyini bağladı  |     21:23 Azər Qasımlı 12 il azadlıqdan məhrum edildi  |     21:18 Naxçıvanda dəmir yolu xətti yenidən qurulur - Video  |     21:12 Pensiyalar tam ödənildi  |     21:07 "Neftçi" 23 min manat cərimələndi  |     20:59 Azərbaycanda 198 uşaq vərəmə yoluxub  |    
Left Banner
Right Banner

Vəfat edən məşhur rusiyalı teleaparıcının varislərinə qoyduğu böyük miras məlum oldu

09.09.2024 15:19 1 419
Vəfat edən məşhur rusiyalı teleaparıcının varislərinə qoyduğu böyük miras məlum oldu
Ötən gün vəfat edən məşhur Şən və Hazırcavablar Klubu (ŞHK) telelayihəsinin aparıcısı Aleksandr Maslyakovun varislərinə qoyduğu miras məlum olub.

Median.Az
-ın "StarHit"ə istinadən xəbərinə görə, rusiyalı teleaparıcı varislərinə 338 milyon rubl (6 milyon manatdan çox) dəyərində ikimərtəbəli malikanə qoyub.

Həmçinin nəşrin məlumatına görə, onun bahalı avtomobillərdən ibarət kiçik parkı olub.

Eyni zamanda, qeyd edilir ki, Aleksandr Maslyakov böyük məbləğdə gəlirlərinə görə tez-tez sosial şəbəkələrdə qınaqlara tuş gəlirmiş, lakin həmkarı Yuli Qusman ŞHK-nın stabil olaraq bütün reytinqləri üstələdiyini xatırladaraq onun müdafiəsinə qalxırmış.

Həmçinin Maslyakovun ŞHK-nın istehsalı ilə məşğul olan "AmiK" şirkətinə də sahib olduğu bildirilir ki, bu şirkət teleaparıcının oğluna keçə bilər. Maslyakovun arvadı Svetlana da birinci dərəcəli varislər siyahısındadır.

Qeyd edək ki, "Forbes"a görə, 11 il əvvəl "AmiK"in illik gəliri ən azı 3.5 milyon dollar təşkil edib. Maslyakovun özü isə 500 milyon rubl (9 milyon manatdan çox) gəliri olduğunu bəyan edib.

Xatırladaq ki, teleaparıcı Aleksandr Maslyakov sentyabrın 8-də 83 yaşında ağciyər xərçəngindən vəfat edib.скачать dle 11.3
Mojo.az Banner