Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:45 Sabirabadda qaçırılan 15 yaşlı qız tapıldı | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı | 14:03 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib | 13:54 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı | 13:46 Sabah hava necə olacaq? - 22.11.2026 | 13:40 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Polşa Ukraynaya elektrik enerjisi satmağa hazırdır

01.08.2024 19:16 3 858
Polşa Ukraynaya elektrik enerjisi satmağa hazırdır
Polşa kömürün yandırılması nəticəsində əldə edilən elektrik enerjisini Ukraynaya satmağa hazırdır.

Bu barədə Polşa Seyminin (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsinin rəhbəri Pavel Koval “Radio Zet” radiostansiyasının efirində bildirib.

O qeyd edib ki, rəsmi Varşavanın ETS (Aİ karbon ticarəti sistemi) çərçivəsində xərclərin qarşısını almaq üçün həll yolu var.

“Artıq ETS ilə bağlı həll yolumuz var. Bunun texniki cəhətdən necə göründüyünü hələlik deyə bilmərəm”, - parlamentari vurğulayıb.

Siyasətçi iddia edir ki, Varşavanın təklif etdiyi variant Avropa Komissiyasını razı salmalıdır. Onun sözlərinə görə, Polşa Kiyevə elektrik enerjisini ucuz qiymətə satmayacaq.

Qeyd edək ki, kömür yandırmaqla əldə olunan elektrik enerjisinin Ukraynaya verilməsini ilk dəfə Polşanın Baş naziri Donald Tusk iyulun 8-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə təklif edib. Varşava həmçinin Kiyevə elektrik generatorlarının tədarükünü də artırmağa hazırlaşır.

Son xəbərlər