Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Alimlər Ayda gələcəkdə elmi bazanın yerləşə biləcəyi mağara aşkar etdilər

16.07.2024 20:51 1 797
Alimlər Ayda gələcəkdə elmi bazanın yerləşə biləcəyi mağara aşkar etdilər
İtalyan alimləri ilk dəfə radardan istifadə edərək Ayda mağara aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC "Nature Astronomy” elmi jurnalına istinadən məlumat yayıb https://www.bbc.com/russian/articles/c72v8ndyz40o?ocid=wsrussian.social.in-app-messaging.telegram..russiantelegram_.edit .

Mağaranın dərinliyi ən azı 100 metrdir. Tədqiqatçılar Ayın "hələ araşdırılmamış yeraltı dünyasında” daha yüzlərlə oxşar mağaranın ola biləcəyi ehtimalını irəli sürürlər.

Alimlərin fikrincə, kəşf edilən mağara nəzəri olaraq Yerin peykində yaşayışa əlverişli baza yaratmaq üçün ideal yer ola bilər.

Mağaranın girişi Ay səthindədir və altında şaquli divarlar və maili daxili məkan var. Mağara milyonlarla, hətta milyardlarla il əvvəl yaranıb, alimlər deyirlər ki, isti lava Ayda hərəkət edərkən onu daşların içində yarada bilərdi. İspaniyanın Lanzarote adasındakı vulkanik mağaralar da oxşar mənşəli ola bilər, mağaranı kəşf edən alimlərdən biri, Trento Universitetinin əməkdaşı Leonard Karrer deyir. O, tədqiqatları zamanı digər alimlərlə birlikdə bu adaya səfər edib.

Ayda mağaraların olması ilə bağlı fərziyyə tədqiqatçılar arasında təxminən 50 il əvvəl yaranıb. Yalnız 2010-cu ildə Amerika kosmik agentliyi NASA Ay orbitinə "Lunar Reconnaissance Orbiter” aparatını göndərib və bu, mağaralara girişlərin yerləşə biləcəyi yerləri öyrənə bilib. Aldığı görüntülərin təhlili nəticəsində hazırki kəşf edilib.

Karrerin fikrincə, Ay mağarası astronavt bazası üçün yaxşı yer ola bilər.

"Axı, Yerdəki həyat məhz mağaralarda başlayıb, insanlar Ayda belə mağaralarda yaşaya bilərlər", - alim deyir.

İndi alimlər radarlar, kameralar və hətta robotlardan istifadə edərək aşkar edilmiş mağaranı tədqiq etməyi planlaşdırırlar.

Son xəbərlər