Ermənistan TŞ-nin katibi Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:51 Şəmkirdə 72 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     13:30 Paşinyan Azərbaycanda keçiriləcək COP29-da iştirak edəcək?  |     13:22 Leysan yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  |     13:21 Qarabağa avtobus reyslərinə avqust ayı üçün biletlər satışa çıxarılacaq  |     13:18 Bakıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanıldılar  |     13:17 Azərbaycanda qarajda görüşən qızla oğlan faciəli şəkildə öldülər  |     13:14 Bakının bir küçəsi bağlandı, bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi  |     13:11 Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - Son görüntüləri yayıldı (VİDEO)  |     13:08 Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının vəziyyəti necədir?  |     13:06 "Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi  |     13:06 Çimərlik mövsümü başlayandan suda boğulanların sayı AÇIQLANDI  |     13:04 UEFA Rodri və Alvaro Moratanı cəzalandıracaq  |     13:03 Ağadadaş Ağayev "Xalq artisti" adından MƏHRUM EDİLƏ BİLƏR?  |     13:01 İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı  |     12:56 Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin YENİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:53 Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü  |     12:52 Bibisinə qarşı quldurluq etmək istəyən şəxs və tanışı TUTULDULAR - FOTO  |     12:51 ABŞ-də ermənipərəst senator istefa verdi - YENİLƏNİB  |     12:49 Gənc oğlan özünü işıq dirəyindən ataraq öldürdü  |     12:47 Avropa çempionatında çıxış edən millimiz Gürcüstan seçməsinə qarşı  |    

Ermənistan TŞ-nin katibi Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl ilə ikitərəfli münasibətləri müzakirə edib.

Bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

“İyunun 19-da katib Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl ilə işgüzar nahar edib”, – qurumun mətbuat xidməti qeyd edib.

Bildirilib ki, görüşdə “Ermənistan – Fransa ikitərəfli çoxşaxəli əlaqələrin inkişafı” müzakirə edilib.

“Ermənistan – Fransa əməkdaşlığının perspektivləri və çoxtərəfli platformalar məsələlərinə toxunulub”, – məlumatda bildirilib.

Xatırladaq ki, daha öncə Ermənistanın Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi aldığına dair məlumat yayılmışdı.

İyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            258 19.06.24 21:28