Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan və Çin Kurık limanından Bakıya Orta Dəhliz üzrə sınaq avtomobil yük daşınmasına başlayıb

24.05.2024 19:44 1 809
Qazaxıstan və Çin Kurık limanından Bakıya Orta Dəhliz üzrə sınaq avtomobil yük daşınmasına başlayıb
Qazaxıstan və Çin Kurık dəniz limanından Bakıya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yüklərin Avropaya tranzit avtomobil daşınmasına sınaq rejimində başlayıb.

Bu barədə “Report”a Qazaxıstanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

“Aktauda avtomobil daşımaları üzrə Qazaxıstan-Çin birgə komissiyasının iclası keçirilir. İclasda tarixdə ilk dəfə olaraq Kurık və Bakı dəniz limanları vasitəsilə Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutu üzrə yüklərin sınaq tranzit daşınmasına start verilib”, - qurum bildirib.

Nəqliyyat Nazirliyinin məlumatına görə, Urumçidən yola düşən 80 ton ağırlığında ilk üç Çin yük maşını Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutu üzrə Bakıya sonrakı gediş-gəliş üçün mayın 23-də Kurık limanında bərəyə yüklənib.

“Tarixdə ilk dəfə olaraq iki ölkənin nəqliyyat vasitələri tərəflərin bütün əsas ticarət şəhərlərinə birbaşa səyahət etmək və hətta ərazilər vasitəsilə tranzit səyahətlər etmək imkanı əldə edib”, - Qazaxıstan Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı və Nəqliyyat Nəzarəti Komitəsinin sədri Ali Altay komissiyanın iclasında bildirib.

Onun sözlərinə görə, Çindən Qərb ölkələrinə yüz milyonlarla ton yük dəniz yolu ilə, daha kiçik həcmdə 52 günə qədər, dəmir yolu ilə isə 22 günə qədər çatdırılır. Orta Dəhlizdən istifadə sayəsində avtomobil nəqliyyatı yüklərin aralıq yükləmə/boşaltma olmadan “qapıdan qapıya” çatdırılması ilə 12 günə qədər azalda bilər.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Son xəbərlər