Bu gün Dünya Kosmonavtika Günüdür » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:51 Nərd oynayan zaman ona irad bildirən qonşusunu vurdu - MƏHKƏMƏ  |     12:44 Paşinyan: "Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması mümkündür"  |     12:29 Azərbaycanda su və kanalizasiya şəbəkəsinə qoşulma üzrə tariflərlə bağlı YENİLİK  |     12:21 Bakıda gənc qız özünü 15-ci mərtəbədən atdı  |     12:19 Bakının mərkəzində insan skeleti tapıldı  |     12:18 Azərbaycanda general-mayor ehtiyata buraxıldı  |     12:16 Sumqayıtda 16 və 25 yaşlı qızlar itkin düşüblər  |     12:16 "Antalyaspor" klubunun yeni baş məşqçisi bəlli olub  |     12:04 İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı  |     11:57 Alimlərdən XƏBƏRDARLIQ: Bu il güclü qasırğalar ola bilər  |     11:56 ABŞ Rusiya məhsullarına tam embarqo qoya bilər  |     11:55 2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu  |     11:52 Azərbaycanda qoyun əti bahalaşa bilər - VİDEO  |     11:48 May yağışının fəsadları: Gilas bahalaşacaq? - VİDEO  |     11:47 Bakıda avtomobil süpürgəçini vuraraq öldürüb, ofisiant yaralanıb  |     11:43 Novxanı qəbiristanlığının yolu ləğv edilərək məzar yeri kimi satılır? - VİDEO  |     11:41 Ermənistanda Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılıb  |     11:37 Qaz sərfiyyatını azaldan qurğu satılır: Sayğacın işini dayandırmaq mümkündürmü? - VİDEO  |     11:32 Rəfahda vəziyyət kəskinləşir: İsrail rabitə və interneti tamamilə kəsdi  |     11:26 Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuşun vaxtı AÇIQLANDI  |    

Bu gün Dünya Kosmonavtika Günüdür

Bu gün Dünya Kosmonavtika Günü qeyd olunur.

Bu günün keçirilməsi 63 il əvvəl, 1961-ci il 12 aprel tarixində ovaxtkı SSRİ vətəndaşı Yuri Alekseyeviç Qaqarinin insanlıq tarixində ilk dəfə kosmosu fəth etməsi ilə bağlıdır.

Qaqarin həmin gün “Vostok 1” kosmik gəmisində Moskva vaxtı ilə saat 9:07-də “Baykonur” kosmodromundan ayrılıb.

108 dəqiqəlik uçuşdan sonra isə sağ-salamat geri dönüb.

Yuri Qaqarinin uçuş zamanı kod adı Kedr, Yerdən onun uçuşunu koordinasiya edən SSRİ Kosmik Sənayesinin baş mühəndisi Sergey Korolyovun kod adı isə “Zarya 1” olub.

Sistemdə baş verən bir nasazlığa görə Qaqarin geriyə qayıdarkən əvvəlcədən təyin olunmuş yerə yox, Moskva vaxtı ilə saat 10:55-də Saratov vilayətinin kiçik bir kəndinin ətrafında eniş edib. Buna görə də onu nəzərdə tutulan kimi 10 minlərlə insan əvəzinə, həmin ərazidə yaşayan cəmi iki nəfər qarşılayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            363 12.04.24 12:33