Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Moskvadan Vaşinqtona DEMARŞ: ABŞ əlavə əraziləri zəbt etmək cəhdində ittiham olunur

25.03.2024 18:09 2 901
Moskvadan Vaşinqtona DEMARŞ: ABŞ əlavə əraziləri zəbt etmək cəhdində ittiham olunur
Rusiya Vaşinqtonun Dünya okeanının yeddi regionunda kontinental şelfin xarici sərhədlərini birtərəfli qaydada dəyişdirmək cəhdləri ilə əlaqədar bu ölkəyə rəsmi etiraz bəyanatı ünvanlayıb.

Bəyanat Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.

Sözügedən etiraz bəyanatı martın 18-dən martın 29-dək Yamaykanın paytaxtı Kinqstonda keçirilən Beynəlxalq Dəniz Dibi Təşkilatının sessiyasında da səsləndirilib.

Moskva hesab edir ki, ABŞ öz hərəkətləri ilə birtərəfli qaydada bütün dünya birliyinin yurisdiksiyasında olan dəniz dibinin sahəsini azaltmağa və öz istifadəsi üçün şelfdə əlavə ərazilər əldə etməyə çalışır.

“ABŞ-nin birtərəfli addımları beynəlxalq hüquqla müəyyən edilmiş qayda və prosedurlara uyğun gəlmir”, - Rusiya XİN-in məlumatında qeyd olunur.

Mənbə: Mid.ru

Son xəbərlər