Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi | 20:39 Çində dünyanın ən uzun asma körpüsü tikildi - Mərkəzi aşırımı 1208 metrdir | 20:33 Hər kəs üçün 8 saat yuxu vacib deyil - Optimal müddət |
Mojo.az Avto
Mojo.az Avto

Britaniyanın buraxdığı ballistik raket müdafiə nazirinin olduğu sualtı qayığın yanına düşüb

21.02.2024 19:39 3 438
Britaniyanın buraxdığı ballistik raket müdafiə nazirinin olduğu sualtı qayığın yanına düşüb
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yenilənmiş “HMS Vanguard” nüvə sualtı qayığından “Trident II D5” ballistik raketinin uğursuz sınaq buraxılışını həyata keçirib.

"Report"un "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, raket buraxıldıqdan sonra dərhal kursundan çıxıb və göyərtəsində Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps və admiral Ben Kinin (Dəniz Qüvvələrinin rəhbəri) olduğu sualtı qayığın yanına düşüb.

Nəşrin məlumatına görə, insident ABŞ-nin Florida ştatının sahillərində Atlantik okeanında təlim missiyası zamanı baş verib. Əvvəlcə “Trident II D5”in Braziliya və Qərbi Afrika arasında, Atlantik okeanının mərkəzindəki hədəf nöqtəsini vurmaq üçün təxminən 6 min km uçacağı güman edilirdi.

Qəzetin yazdığına görə, uğursuz sınağın başvermə şəraiti ilə bağlı araşdırma başlanılıb. Bundan əlavə, Böyük Britaniya Port Canaveralda dəniz dibindən raket hissələrinin çıxarılması üçün axtarış əməliyyatına başlayıb.

Krallığın Müdafiə Nazirliyi buraxılış zamanı "anomaliyanın baş verdiyini" təsdiqləyib.

Qeyd edilib ki, "HMS Vanguard” və ekipajı sualtı qayığın geniş təmir işlərindən sonra xidmətə qayıda biləcəyini təsdiqləmək üçün tələb olunan son adi sınaq buraxılışları zamanı bütün sınaqlardan keçərək fasiləsiz dəniz maneəsini idarə etməyə tam hazır olduqlarını nümayiş etdiriblər.

Son xəbərlər