Finlandiyanın yeni prezidenti Rusiya ilə münasibətlərə son qoydu: “Putin zəng etsə, telefonu açmayacağam” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:31 Bu müəllimlərin də maaşı ARTACAQ  |     16:14 Azyaşlı uşağın əli ətçəkən maşında qaldı - FOTO  |     16:07 Bakıda maskalı şəxs terminaldan oğurluq etdi - VİDEO  |     15:59 İşlənmiş avtomobil yağlarını atmayın - SƏBƏB (VİDEO)  |     15:52 Rihannanın brendi Paris Olimpiadasına sponsorluq edəcək  |     15:48 Dərman və tibb vasitələrinin dövlət qeydiyyatına alınması qaydası təsdiq edildi  |     15:17 Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?  |     15:12 Bakının iki küçəsində məhdudiyyət: Biri iki, digəri dörd gün bağlı olacaq  |     15:10 Qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir edib?  |     14:25 Azərbaycanlı müğənni ağır xəstəlikdən əziyyət çəkir  |     13:51 Saatlıda avtomobil piyadanı vuraraq öldürüb  |     13:34 Bakıda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb  |     13:22 Sabah bəzi yerlərdə yağış yağacaq  |     12:54 Azərbaycanlı jurnalistin sualı Makronu çətin duruma saldı – VİDEO  |     12:49 Qlobal texniki nasazlıq: Dünyanın bir çox nöqtəsində hava limanları fəaliyyətini dayandırdı  |     12:22 "Range Rover" əvvəl ağaca, sonra mağazaya çırpıldı: Xəsarət alanlar var - VİDEO  |     12:17 Xankəndiyə marşrut xətti açılır  |     12:14 Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir? (AÇIQLAMA)  |     12:13 Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi  |     12:11 Ermənistanda təyyarə qəzaya uğradı: Ekipaj üzvləri öldülər  |    

Finlandiyanın yeni prezidenti Rusiya ilə münasibətlərə son qoydu: “Putin zəng etsə, telefonu açmayacağam”

"Finlandiya Ukraynada müharibə başa çatana qədər Rusiya ilə münasibət saxlamayacaq”.

Bu sözləri Finlandiyanın yeni seçilmiş Prezidenti Aleksandr Stubb brifinq zamanı deyib.

“Əlbəttə, səbəb odur ki, Rusiya Ukraynada müharibəni bitirənə qədər bizim münasibətimiz ola bilməz”, - deyə Stubb bildirib.

O qeyd edib ki, ölkələr arasında əlaqələr ümumi sərhədlər məsələsi üzrə davam edir. Stubb, həmçinin qeyd edib ki, vəziyyətin yaxşılaşması üçün heç bir perspektiv görmür.

Eyni zamanda, Aleksandr Stubb söz verib ki, əgər Rusiya Prezidenti Vladimir Putin zəng etsə və seçkidəki qələbəsi münasibətilə onu təbrik etmək istəsə, telefonun dəstəyini qaldırmayacaq.

Qeyd edək ki, Stubb rəsmi olaraq martın 1-də vəzifəsinin icrasına başlayacaq.

Mənbə: RİA Novosti, Gazeta.ruскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            483 12.02.24 20:19