Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan kadr təmizləməsinə başlayıb: Uşaq bağçalarının müdirləri də işdən çıxarılırlar

15.12.2023 13:29 3 003
Paşinyan kadr təmizləməsinə başlayıb: Uşaq bağçalarının müdirləri də işdən çıxarılırlar
Ermənistanın baş naziri Nikol Paşinyan komandasında kadr təmizləməsi həyata keçirmək qərarına gəlib.

Belə ki, Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının üzvü olmayan bütün məmurları tez bir zamanda vəzifədən uzaqlaşdırmağı tapşırıb.

O hesab edir ki, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa davam edən bütün məmurlar mümkün qədər tez vəzifədən uzaqlaşdırılmalıdırlar.

“Bu, bütün sahələrə - səhiyyəyə, idmana, təhsilə, o cümlədən orta məktəblərə, hətta uşaq bağçalarında rəhbər vəzifə tutan rəhbər şəxslərə aiddir”, - mənbə bildirib.

Mənbə xatırladıb ki, bu günlərdə İrəvanda 11 uşaq bağçasının direktorunun işdən çıxarılması da məhz N.Paşinyanın kadr siyasətinin tərkib hissəsidir.

“Beləliklə, deyə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən məxməri inqilabçılar heç bir tənqidə, müxalif bəyanatlara, fikir müxtəlifliyinə dözümlü yanaşmaq iqtidarında deyillər”, - Ermənistanda nəşr edilən qəzet yazır.

Mənbə: “Joxovurd”

Son xəbərlər