Yaponiyalı turist Makaoda dünyanın ən hündür banci-campinq meydanından tullanmaqdan sonra ölüb.
“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Qeyd olunur ki, 56 yaşlı kişi 232 metr hündürlükdən tullandıqdan sonra nəfəs darlığı hiss edib və huşunu itirib. Kişi xəstəxanaya çatdırılsa da, onun həyatının xilas etmək mümkün olmayıb.
Həkimlər ona ürəktutması diaqnozu qoyublar.