Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə Rusiya Silahlı Qüvvələri hərbi qulluqçularının sayını təxminən 170 min nəfər artırıb.
Sənəd Kremlin saytında dərc olunub və imzalandığı gündən qüvvəyə minib.
Belə ki, sənədə əsasən, silahlı qüvvələrin ştatı 2 209 130 nəfər, o cümlədən 1 320 000 hərbi qulluqçu müəyyən edilib. Halbuki, bunadək analoji rəqəmlər 2 039 758 nəfər, o cümlədən 1 150 628 nəfər hərbi qulluqçu olub.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrinin say tərkibinin artırılması haqqında prezidentin fərmanı ilə əlaqədar səfərbərlik olmayacaq. Artım müqaviləli hərbçilər hesabına mərhələlərlə həyata keçiriləcək.
Qeyd olunub ki, Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artması Ukrayna müharibəsi səbəbindən ölkəyə qarşı təhlükələrin artması ilə bağlıdır.
Mənbə: TASS