Estoniya və Norveç Rusiya ilə sərhədi bağlamağı düşünür » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Messi tarixin ən böyük idmançısının adını çəkdi  |     22:54 Sumqayıtda meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB  |     22:46 Gəncədə sirkə turşusu içən kişi xəstəxanada ölüb  |     22:31 Bu çərəz gözlərə çox faydalıdır  |     22:18 Ərdoğan Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək  |     22:01 Gədəbəydə hamilə qadın naməlum şəraitdə ölüb  |     21:53 Azərbaycan XİN Paşinyana cavab verdi  |     21:43 Millimiz yenə uduzdu  |     21:35 "Formula 1" Azərbaycan Qran-Prisinin bütün biletləri satıldı  |     21:21 Yuxusuz qalmaq təhlükəlidir?  |     21:12 "Ram" 1.2 milyondan çox pikapını geri çağırdı  |     21:09 Sumqayıtda dəhşət - Qadın yanaraq öldü  |     20:59 Hollandiyanın "ING Group" şirkəti Azərbaycanda 2027-ci ilə qədər inflyasiya proqnozunu yenilədi  |     20:46 Ermənistanda partlayış: Ölən və yaralananlar var  |     20:22 Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:48 Bakıda idmançı QƏTLƏ YETİRİLDİ  |     19:40 Şimali Koreya liderindən ABŞ və müttəfiqlərinə XƏBƏRDARLIQ  |     19:23 "Qarabağ"ın rəqibinin görüşü polislərin keçirdiyi aksiyaya görə təxirə salınıb  |     19:08 Rüşvətə görə həbs olunan hərbi komissar 8.5 il azadlıqdan məhrum edilib  |     18:58 "Formula-1" zamanı hansı yollar açıq olacaq? - FOTO  |    

Estoniya və Norveç Rusiya ilə sərhədi bağlamağı düşünür

Hakimiyyət sərhəddəki vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, keçid məntəqələrini qismən və ya tamamilə bağlayacaq.

“Report” xəbər verir ki, bu barədə Estoniya Sərhəd Xidmətinin rəhbəri Veiko Kommusaar “Postimees”ə bildirib.

Səbəb kimi qeyri-qanuni miqrasiya göstərilir. Belə ki, noyabrın 16-da səhər saatlarında cəmi 1,5 saat ərzində səkkiz Somali vətəndaşı Estoniya sərhəd-keçid məntəqəsindən öncə Rusiya sərhədçilərini keçərək Rusiya Federasiyasından Estoniyaya vizasız getməyə cəhd ediblər.

Finlandiya da Rusiya ilə sərhəddəki məhdudiyyətləri eyni cür izah edib: səlahiyyətlilərə görə, Rusiyadan ölkəyə daxil olmağa çalışmış qanunsuz miqrantların axını son vaxtlar nəzərə çarpacaq dərəcədə artıb. Noyabrın 16-da Finlandiya dörd sərhəd keçid məntəqəsini bir neçə ay müddətinə bağlayıb. Bu səbəbdən “Lux Express”, “Ecolines” və digər avtobus daşıyıcıları reysləri dayandırır.

Xatırladaq ki, daha öncə Norveç Ədliyyə Nazirliyi Rusiya ilə yeganə sərhəd-keçid məntəqəsinin bağlana biləcəyini açıqlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 935 16.11.23 23:19