ABŞ institutu: “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair əsas var” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:51 Qardaşların yarım milyardlıq cinayəti - "Bentley"lər, qayıqlar, villalar... (FOTO)  |     16:47 "Formula-1" üzrə Azərbaycan Qran-prisinə saxta bilet satan şəxs saxlanılıb - VİDEO  |     16:17 Şuşadan ən son GÖRÜNTÜLƏR (VİDEO)  |     16:11 Azərbaycanın 15 şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub  |     16:02 Putin: "BRICS-ə daha 34 dövlət qoşulmaq istəyir"  |     14:40 Paşinyan: "Ermənistanda 44 günlük müharibədən sonra çoxlu sayda silah yoxa çıxıb"  |     14:33 Pakistanda daha bir vətəndaşda təhlükəli virus aşkarlandı  |     14:29 Dəhşətli cinayətlə bağlı ETİRAF: "İki qardaşı arvadı ilə eşq yaşayırdı, Narin bunlardan birini..." - FOTO  |     14:23 “Miss Türkiyə” birincisi səfirin qızı imiş  |     14:21 Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülhə təhdiddir  |     14:19 "McLaren"in rəhbəri: "Bakıdakı yarış hər zaman maraqlı olur"  |     14:09 Ağcabədidə 26 yaşlı qız özünü güllələdi  |     13:53 Nöqsanlara görə 40-dan çox bağçanın müdiri işdən çıxarılıb  |     13:45 Marşrut avtobusunun sürücüsü məhkəmə zalında həbs olundu  |     13:21 Bakıda tanınmış liseylərin direktorları vəzifələrindən AZAD EDİLDİLƏR  |     13:05 Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə yüksəldi  |     12:55 ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib  |     12:53 Sumqayıtda silah-sursat aşkarlandı  |     12:51 Bakının mərkəzində ofis binasında faciə  |     12:50 Bakı həbsxanasında daha bir ÖLÜM  |    

ABŞ institutu: “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair əsas var”

“Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair çoxlu əsas var”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.

Bildirilib ki, Qərbin Ukraynaya dəstəyinin sona çatması Kiyevi bu və digər imkanlardan məhrum edəcək:

“Nəticədə daha mövqe döyüşləri getməyəcək. Ukrayna isə itkiləri bərpa etməkdə çətinlik çəkəcək. Çünki müdafiə sənayesi potensialı buna imkan vermir. Ən çox ehtimal olunan ssenari budur ki, rusiyalılar Ukrayna qüvvələrini geri çəkilməyə, bu ölkənin daha böyük ərazilərini ələ keçirməyə, şəhərlərini dağıtmağa davam edəcəklər”.

Qeyd olunub ki, əgər Qərb yardımı genişləndirsə, Ukrayna döyüş meydanında üstünlüyü ələ ala bilər:

“Qərb Ukraynanın uğurlu hücum əməliyyatlarına şərait yaratmaq üçün tədarük etdiyi zirehli texnikaların sayını artırmalıdır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan başa çatmayacaq. Son zamanlar xarici KİV-də Qərbin Ukraynaya dəstəyinin azalmasına dair məlumatlar yayılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            858 16.11.23 13:12